Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri iyun ayının ortalarında Azərbaycana səfər barədə razılığa gəlib.
Teleqraf.com-un məlumatına görə, bu məlumatı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov özünün tvitter səhifəsində qeyd edib.
O, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin iclasında erməni işğalı və cinayətləri haqqında lazım olan bütün məlumatları təqdim etdiyini qeyd edib: “Parisdə AŞPA-nın Monitorinq Komitəsinin üzvləri Azərbaycanın birinci xanımı tərəfindən təqdim olunan və Milli Məclis tərəfindən qəbul edilən amnistiya aktını yüksək qiymətləndirdi və alqışladılar”.
Nərgiz