Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Qazaxıstanın parlament Senatı rəhbərliyinin təşkilatçılığı ilə keçiriləcək “Dinlər terrorizmə qarşı” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün mayın 29-dan iyunun 1-dək bu ölkədə səfərdə olacaq.
Teleqraf.com xəbər verir ki, Astana şəhərində keçiriləcək toplantıda vitse-spiker mövzu ilə əlaqədar çıxış edəcək,Azərbaycandakı tolerant mühitdən, multikultural dəyərlərdən, bütün dinlərin daşıyıcıları olan insanlara göstərilən səmimi münasibətdən, terrorizmə qarşı mübarizədən söhbət açacaq.
Nemət