25 May 2016 17:16
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müxalifət partiyalarının toplaşdığı Anti-Böhran Koalisiyasının toplantısı keçirilib.

Teleqraf.com xəbər verir ki, toplantıda əsasən koalisiyaya daxil olan partiya və təşkilatların sədrlərinin iştirakı ilə etiraz piketinin keçirilməsi məsələsi müzakirə edilib.

Qeyd olunub ki, aksiyaya razılıq almaq məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciət edilib, lakin indiyə qədər meriya müraciətə cavab verməyib.

Qərara alınıb ki, Bakı meriyasının cavabını aldıqdan sonra məsələ bir daha müzakirə edilsin.
Bundan başqa, 28 May-Respublika Günü ilə bağlı müzakirə aparan koalisiya üzvləri qərara gəliblər ki, bu tarixdə Novxanı kəndinə gedərək M.Ə.Rəsulzadənin abidəsini ziyarət etsinlər. Bu aksiyada koalisiyaya daxil olan partiyalar birgə kalon təşkil edəcəklər.

Eyni zamanda iclasda cari məsələlər müzakirə edilib.

Bu zaman ölkədə ki, ictimai-siyasi durum, Qafqaz regionunda baş verən proseslər haqqında fikir mübadiləsi aparılıb.

Cavad


Müəllif:

Oxşar xəbərlər