Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin üzvü deputat Rafael Hüseynov qurumun Mədəniyyət, elm, təhsil və media Komitəsinin iclasında iştirak etmək üçün mayın 31-dən iyunun 2-dək Fransanın paytaxtı Paris şəhərində səfərdə olacaq.
Teleqraf.com xəbər verir ki, iclasda bir sıra aktual məsələlərə baxılacaq. Media azadlığının, jurnalistlərin çəkiliş aparmaq hüquqlarının və redaktorların müstəqilliyinin qorunması zərurətinə toxunulacaq. “Hamı üçün idman: inteqrasiya və bərabərliyə doğru körpü”, “Gənclər korrupsiyaya qarşı” və digər mövzularda məruzələr dinləniləcək.
Rafael Hüseynov məruzələr ətrafında fikir mübadiləsində, xüsusilə mediaya dair müzakirələrdə yaxından iştirak edəcək.
Müzakirələrdən sonra Komitədə təşkilati məsələlər gündəmdə olacaq, yeni məruzəçilər təyin ediləcək.
Nemət