20 İyun 2014 13:06
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclis rəhbərliyinə NATO PA-nın sessiyasının yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə təşəkkür edib.

Daha sonra deyib ki, Türk diplomatlarının girov götürülməsi narahatçılıq doğurur: “Hesab edirəm ki, biz bu məsələdə mövqeyimizi ifadə etməyəcəyik. NATO PA sessiyasında da çağırış olundu ki, bu məsələdə Türkiyəyə dəstək verilsin”.

QHT-lər dəyişikliyi başqa cür təqdim edir

Novruzov daha sonra deyib ki, QHT-lər Milli Məclisin QHT-lər haqqında qanuna dəyişikliyi beynəlxalq təşkilatlara başqa cür təqdim ediblər: “Guya QHT-lər hüquq mühafizə orqanlarının nəzarətindədir və s. Beynəlxalq təşkilatlar özləri şəffaflıq tələb edir, amma bizim şəffaflıq tələb etməyimizə nöqsan tutur. Hesab edirəm ki, bu qanun yenidən cəmiyyətə təqdim olunmalıdır”.

Oqtay Əsədov isə bəyan edib ki, Azərbaycan müharibə aparan ölkədir və bir sıra məsələlərə diqqət olmalıdır.

Nemət


Müəllif: