Sabiq müdafiə naziri Rəhim Qazıyev milli təhlükəsizlik nazirinin birinci müavini olmuş Sülhəddin Əkbər haqqında 1993-cü ildə Gəncədəki 4 iyun qiyamı ilə bağlı iddialar səsləndirib.
O, Sülhəddin Əkbəri ayrı-ayrı dövlətlərə işləməkdə suçlayıb: “İndiyə qədər bütün aranı qatan, hər tərəfə işləyən Sülhəddin Əkbər olub. O, hətta ən böyük dövlətlərin xüsusi xidmət orqanlarının məlumatlarını belə səsləndirir. Amma may ayında Gəncəyə kimlərin toplaşdığını, orada 4 iyun qiyamının ssenarisinin yazılmasından xəbəri yoxdur”.
Sülhəddin Əkbər isə Rəhim Qazıyevin barəsində səsləndirdiyi iddialara cavab vermək istəmədiyini bildirib.
O, Teleqraf.com-a açıqlamasında deyib ki, Rəhim Qazıyevi tərəf müqabili kimi qəbul eləmir: “Rəhim Qazıyevi bütün Azərbaycan tanıyır. Ona mənim də, Azərbaycanın da münasibəti bəllidir. Onun fikirlərini şərh etməyə ehtiyac yoxdur. Rəhim Qazıyevi tərəf müqabili kimi qəbul etmədiyimə görə dediklərinə münasibət bildirmirəm”.
Nərgiz