31 May 2016 13:11
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2015-ci il dövlət büdcəsinin icrası haqqında” Qanunun layihəsini qənaətbəxş hesab etmək olar. Çünki 2015-ci il dünyada ən ağır illərdən biri kimi yadda qaldı. Maliyyə Nazirliyi bu böhran zamanı çevik davrandı və bu prosesin öhdəsindən gələ bildi. İkincisi, büdcədə neft amilinin payının aşağı düşməsi tendensiyası özünü göstərdi. Əlbəttə, büdcə kəsiri nə qədər yüksək olursa, bu, inflyasiya üçün əsas ola bilər. Məhz bu amilləri qeyd etməklə dövlət büdcəsinin icrasının qənaətbəxş olduğunu qeyd edə bilərik”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli parlamentdə bugünkü çıxışı zamanı bildirib. O, qeyd edib ki, indi büdcəni Maliyyə Nazirliyinin üzərinə atmaq lazım deyil: “Bu mərhələdə yeni vahid maliyyə pul krediti mərhələsinə keçilməsinin vaxtıdır. Əgər biz istəyiriksə ki, böhrandan tez çıxaq, habelə beynəlxalq miqyasda müşahidə edilən böhranın ölkəmizə təsirini azaldaq, bunun üçün büdcənin strukturunda dəyişiklik edilməlidir”.

Deputat qeyd edib ki, banklara olan kreditlər məsələsinə diqqət olunmalı, bununla bağlı müşahidə olunan problem həll olunmalıdır: “Biz 14 səhifədən ibarət təkliflər paketi hazırlayaraq əlaqədar qurumlara təqdim etmişik. Bunun üzərindən bir ay zaman keçir. Bu təkliflərdə bank sektorunda müsbət tendensiya ilə yanaşı kreditlər məsələsinin də həlli təklif edilir. Bəzi banklar yüksək faizlə kredit veriblər, az sonra krediti ödəyə bilməyən insanların əmlakına, mülkiyyətinə, maaş kartına sahib çıxıblar. Bu, soyğunçuluqdur. Hesab edirəm ki, aidiyyətli qurumlar bu nöqsanları aradan qaldırmalıdır”.

Nemət


Müəllif:

Oxşar xəbərlər