31 May 2016 13:16
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlətin sayğac quraşdırması aktual məsələdir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında millət vəkili Zahid Oruc deyib.

Z.Oruc qeyd edib ki, xərclərin əsasını enerji sahəsindəki xərclər təşkil edir: “Təkcə o fakt kifayətdir ki, “Azərenerji”nin borcu 1 milyard manata çatır. Düşünürəm ki, “Barmek” və “Bayva” təcrübəsi də göstərir ki, “Azərenerji” də problemləri həll edə bilmir. Bu 1 milyard manat məsələsi bizi düşündürməlidir”.

Z.Oruc qeyd edib ki, sayğacları dövlət yox, “Azərenerji” quraşdırmalıdır. Millət vəkili hesab edir ki, bununla xərclərə də qənaət etmək mümkündür.

Zahid Orucun sözlərinə görə, Azərbaycanda sosial yönümlü oğurluqların sayı artıb: “Belə hallar ya işsizlik, ya da insanların gəlirlərinin olmaması hesabına baş verir. Vəziyyət o həddə çatıb ki, az qala parlament üzvlərinin evlərinə girmə halları baş verir”.

Deputat bildirib ki, son vaxtlar Azərbaycan və Türkiyədən Gürcüstana maliyyə axını artıb: “Məgər Gürcüstan o qədər cəlbedicidir ki, Azərbaycan və Türkiyənin maliyyə hesabına iqtisadiyyatını qurur?!”

Nemət


Müəllif:

Oxşar xəbərlər