Milli Məclisin deputatları Azay Quliyev və Tahir Mirkişili bu gün Almaniyanın paytaxtı Berlinə səfər edir.
Teleqraf.com xəbər verir ki, millət vəkilləri ATƏT-in təşkilatçılığı ilə keçiriləcək “Təhlükəsizlik sektorunda parlament nəzarəti və ATƏT-in davranış kodeksi” mövzusunda konfransda iştirak edəcəklər.
Deputatlarımız mövzu ətrafında aparılan müzakirələrə qatılacaq, təhlükəsizliyin təmin olunmasında parlamentlərin rolu barədə öz fikirlərini açıqlayacaq.
Səfər iyunun 5-də başa çatacaq.
Nemət