AZTV sədrinin keçmiş müavini İbrahim Məmmədov Almaniya Bundestaqının qondarma erməni soyqırımını tanıması fonunda onu vaxtilə dövlət televiziyasında Almaniyanı tənqid etdiyinə görə ittiham edənlərə cavab verib.
Teleqraf.com-un məlumatına görə, İbrahim Məmmədov sosial şəbəkədə qeyd edib ki, vətənlə müqayisədə başqaları müvəqqəti, vətən isə əbədidir: “Almaniyanın “incə könlünü qırdığıma”, “mersedeslər ölkəsini” tənqid etdiyimə görə məni təhqir edənlər indi haradadır? Alman aptekindən aldığınız yüksək keyfiyyətli dərmanlarla bu yaranı sağalda bilərsinizmi? Başa düşmək lazımdır ki, vətənlə müqayisədə başqaları müvəqqəti, vətən isə əbədidir! Vətən kiçik, gücü az olanda onu atmırlar. Təhqir olunsan da, uduzsan da onu müdafiə edirsən”.
Kəmalə