7 İyun 2016 17:13
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Almaniyanın paytaxtı Berlində Azərbaycan diaspor təşkilatlarının birgə təşkil etdiyi aksiya ilə eyni vaxtda “Sərhədsiz Reportyorlar” jurnalistləri müdafiə təşkilatı Azərbaycan əleyhinə piket keçirməyə cəhd edib.

Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Maraqlıdır ki, “Sərhədsiz Reportyorlar”ın təşkil etdiyi aksiyada qondarma “Dağlıq Qarabağ Respublikası”nın da “bayrağı” qaldırılıb. Azərbaycan diasporunun nümayəndələri təşkilatın üzvlərinə yaxınlaşaraq, separatçı rejimin “bayrağı”nın hansı məqsədlə bu aksiyaya gətirildiyinə dair izahat istəyiblər. “Sərhədsiz Reportyorlar” təşkilatının üzvləri azərbaycanlıların təkidli sorğularına sükutla cavab veriblər. Yalnız soydaşlarımızın təkidli etirazlarından sonra təşkilat üzvləri “bayrağı” yığışdırıblar.

Qeyd edək ki, Azərbaycan diaspor təşkilatları “Sərhədsiz Reportyorlar” jurnalistləri müdafiə təşkilatının təşkil etdiyi aksiyada baş verən bu insidentlə bağlı təşkilatın mərkəzi ofisinə xüsusi sorğu göndərməyi planlaşdırır. Sorğuda qurumun təşkil etdiyi bir aksiyada separatçı rejimə dəstək ifadə edilməsinə dair izahat verilməsi tələbi əksini tapacaq.

Xatırladaq ki, bu gün Berlində Azərbaycan diaspor təşkilatlarından Berlin Azərbaycan Evi, Bilefeld Alman-Azərbaycan Mədəniyyət Mərkəzi, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi və Azərbaycanlı Tələbələr Şəbəkəsinin (ASN) təşkilatçılığı ilə aksiya baş tutub. Aksiyada 200-dən çox həmvətənimiz iştirak edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər