8 İyun 2016 14:51
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin növbədənkənar xüsusi sessiyasının iyunun 14-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

Parlamentdən Teleqraf.com-a verilən məlumata görə, gündəlikdə 28 məsələ var.

Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, "Kənd təsərrüfatı haqqında" və "Elm haqqında" qanun layihələri, “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutan dəyişiklik, "Hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişiklik, Miqrasiya, Vergi, İnzibati Xətalar məcəllələrinə, o cümlədən bir sıra qanunlara dəyişikliklər gündəliyə daxil edilib.


Müəllif:

Oxşar xəbərlər