8 İyun 2016 15:57
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu və Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkuna müraciət edib. 

 

Müraciət Almaniya Bundestaqının məlum "erməni soyqırımı" haqda çıxardığı qətnamə ilə əlaqədardır.


Teleqraf.com müraciətin mətnini olduğu kimi təqdim edir: 


"Biz aşağıda imza edən partiya rəhbərləri, ötən həftə Almaniya Bundestaqında qondarma "erməni soyqırımı" barədə çıxarılmış qərardan məyus olduğumuzu nəzərinizə çatdırırıq. Parlamentdə demək olar ki, yekdilliklə qəbul olunmuş qərar Türkiyənin son illərdə inkişafına və artan nüfuzuna alman və Qərb çevrələrinin verdiyi cavab reaksiyasıdır. Biz bunun fərqindəyik. Türk və müsəlman dünyasının lokomotivinə çevrilən güclü Türkiyə bədxahları narahat etməkdədir.


Biz partiya rəhbərləri olaraq öz və təşkilatlarımız adından daima Türkiyənin yanında olduğumuzu ifadə etməklə yanaşı, bu çətin sınaq dövründə sizin timsalınızda qardaş Türk xalqına dəstəyimizi ifadə edirik. Bütün ağır günlərimizdə bizə arxa durmuş türk cümhuriyyəti Azərbaycana mümkün olan köməyinə həmişə inana bilər. Bizim sizə bu müraciətimiz daxilimizdə olan sevgi və bağlılığın cüzi bir hissəsidir".


Daha sonra partiya sədrləri dünən Türkiyədə baş verən terror aktında həyatını itirmiş insanların ailələrinə və uca Türk xalqına başsağlığı verib, yaralanan şəxslərin tezliklə sağalmasını arzulayıb. 

 

Cavid


Müəllif:

Oxşar xəbərlər