8 İyun 2016 18:45
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

“4 iyun 1993-cü ildə Gəncədə baş verən qiyamla bağlı siyasətçilərin fikirlərini, hətta bir-birini ittiham etməsini biz də müşahidə edirik. Lakin nə mən, nə də professor Lalə Şövkətin Gəncə hadisələrində, qiyamla bağlı proseslərdə iştirakı olub”.

Bunu Teleqraf.com-a açıqlamasında Liberal Partiyanın sədri Əvəz Temirxan deyib. O, qeyd edib ki, qiyamdan sonrakı mərhələdə-dövlət quruculuğu prosesində iştirakçı olublar:

“Lalə Şövkət o zaman vətəndaş müharibəsindən xilas olan Azərbaycanda vətəndaş birliyi və həmrəyliyinin yaranması üçün cəhdlər edib. Biz qiyamdan sonrakı proseslərdə iştirak etmiş və dövlət quruculuğunun sürətlə aparılmasını vacib saymışıq. Məsələn, Əbülfəz Elçibəyin və Ayaz Mütəllibovun qiyamdan sonrakı mərhələdə prezident seçilən Heydər Əliyevin inauqurasiya mərasimində iştirak etməsinin təşəbbüskarı Lalə Şövkət olub”.
Liberal Partiyanın sədri deyib ki, Gəncə qiyamı ilə bağlı mediada siyasətçilərin bir-birinə qarşı fikirlər işlətmələri arzuedilən durum deyil: “Biz söz atışmasında heç kimin tərəfini tutmuruq. Lakin sözsüz ki, mənim də fikrim var. Ancaq fikrimi söyləsəm, qalmaqal alovu daha da böyüyər. Bu isə bizim missiyamıza uyğun deyil. Odur ki, təklif edirəm ki, bu insanlar bir-birini ittiham etməkdənsə, yaxşı olardı ki, keçmişdən ibrət dərsi götürülsün və bir daha belə hadisələrin baş verməsinə səbəb olmayaq”.

Nemət


Müəllif:

Oxşar xəbərlər