Fransa və Rumıniya milliləri arasında keçirilən “Avro-2016”nın açılış matçının ən yaxşı futbolçusu məlum olub.
Teleqraf.com-un UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu, meydan sahiblərinin futbolçusu Dimitri Payetdir.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi matçın 89-cu dəqiqəsində komandasına qələbə qazandıran gözəl qola imza atıb.