21 İyun 2014 14:46
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada xizək sürərkən yıxılaraq ağır xəsarət alan, 6 aydan sonra komadan ayılan Formula 1-in əfsanəvi pilotu Mixayl Şumaxerin heç bir zaman yeriyə bilməyəcəyi bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə əfsanəvi pilotu yaxından izləyən İsveçrəli həkim Erik Riederer məlumat verib:

"Artıq o yeriyə bilməyəcək və həyatı boyunca başqalarının köməyinə möhtac olacaq".

Həkim qəzadan sonra Şumaxerin beynində "qalıcı ziyan" olduğunu vurğulayıb: "Qarşıdakı üç ay ərzində kömək almadan tək başına oturmağı bacarması və 6 ay ərzində əlil arabasından istifadə edə bilməsi böyük uğurdur” .

Sonra həkim 6 ay sonra onun komadan oyanmasının belə möcüzə olduğunu deyib.

Aygün İlqarqızı


Müəllif: