Xorvatiya millisinin sabiq üzvü İvan Klasniç Türkiyə yığması haqda maraqlı açıqlama verib.
Qol.az-ın məlumatına görə, yerli mətbuata açıqlama verən veteran futbolçu deyib:
“Restoran işlədən italiyalı dostum mənə Türkiyənin “Avro-2016”nın qalibi olacağını dedi. Mən isə ona bildirdim ki, Türkiyə çempion olarsa, sənə ofisiantlıq edəcəm”.
İ.Klasniç “Avro-2016”nın D qrupunda bu gün keçiriləcək Türkiyə - Xorvatiya oyunu haqda fikirlərini bildirib:
“Bizim üçün çox önəmli matç olacaq. Futbolçularımızın bu oyuna yaxşı motivasiya olduqlarını düşünürəm. 2008-ci ildəki məğlubiyyətin əvəzini çıxmalıyıq”.
Qeyd edək ki, “Avro-2008”də Xorvatiyanın Türkiyəyə uduzduğu oyunun əlavə vaxtında xorvatların qolunu İvan Klasniç vurmuşdu. Lakin türklər son saniyələrdə cavab qolu vurmuş və penaltilər seriyasında qalib gələrək yarımfinala yüksəlmişdi.