Azərbaycan yığma komandasının baş məşqşisi Robert Prosineçki türkiyəli futbolçu Arda Turanla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş Xorvatiya və Türkiyə oyunu ərəfəsində baş tutub.
Xorvatların yarımmüdafiəçisi İvan Rakitiç Prosineçkini “Barselona”dakı komanda yoldaşı Arda ilə tanış edib. Onlar qısa müddətdə söhbət ediblər.