Türkiyə millisinin futbolçusu Arda Turan “Avro-2016”da Xorvatiyaya 0:1 hesabı ilə uduzduqları oyunla bağlı fikirlərini bidirib.
O, bu məğlubiyyət səbəbindən təəssüfləndiyini deyib.
“Türk xalqından üzr istəyirəm. Bu gün yaxşı oynaya bilmədim. Amma komanda yoldaşlarım sonadək mübarizə apardılar. Xorvatiya yaxşı komandadır. Xal qazanmaq üçün əlimizdən gələni etdik. Ruhdan düşməyəcəyik. Qrupdan çıxmaq üçün mübarizəmizi davam etdirəcəyik. Özümüzü toparlamalıyıq. Ümid edirəm ki, İspaniyaya qarşı yaxşı oynayıb istədiyimiz nəticəni əldə edərik” – deyə Arda bidirib.
Qeyd edək ki, bugünkü qarşılaşmada Arda oyunu ilə yaxşı təsir bağışlamayıb. Bu səbəbdən 65-ci dəqiqədə Burak Yılmazla əvəzlənib.(qol.az)