Türkiyə millisinin ən gənc futbolçusu Əmrə Mor bu gün Xorvatiya ilə oyundan sonra Xorvatiya yığmasının oyunçusu Luka Modriçlə şəkil çəkdirib.
Qol.az-ın xəbərinə görə, o, əvvəlcə müsahibə verən Modriçi bir neçə dəqiqə gözləyib. Sonra isə xorvat oyunçuya yaxınlaşaraq onunla şelfi edib.
Qeyd edək ki, 19 yaşlı Əmrə bu gün Xorvatiya ilə matçın ikinci hissəsində meydana çıxıb. Bununla da o, Avropa çempionatlarının bütün tarixi ərzində Türkiyə millisinin heyətində oynayan ən gənc futbolçu olub.