22 İyun 2014 00:06
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səmih Şəntürk ildə 1,5 milyon avro alacaq.


"Xəzər Lənkəran" futbol klubu Səmih Şəntürkü transfer etmək istəyir.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


"Xəzər Lənkəran" yeni mövsüm üçün iddialı bir heyət qurmaq üçün transfer çalışmalarına start verib. Oğuz Çətinin klubunun hədəfindəki isim isə "Antalyaspor"la müqaviləsi başa çatan Səmih Şəntürkdür. Azad agent olan hücumçuya illik 1,5 milyon avro təklif edən "Xəzər Lənkəran" 1+1 şərti ilə müqavilə bağlamaq istəyir.


"Fənərbaxça"da qısa müddət Oğuz Çətinlə işləyən futbolçu ölkəmizə gələcəyi halda yenidən onun rəhbərliyi altında oynayacaq. Semih karyerasını Azərbaycanda davam etdirəcəyi ilə bağlı qərarını istirahəti başa çatdıqdan sonra verəcək.


Qeyd edək ki, Səmih 2001-ci ildən 2013-cü ilədək "Fənərbaxça"nın formasını geyinib. 2001/02 mövsümündə icarə əsasında "İzmirspor"da çıxış edən futbolçu son mövsümü "Antalyaspor"da keçirib (18 oyun, 5 qol).


"Fənərbaxça" ilə 5 dəfə Super Liqanın, 2 dəfə Türkiyə Kubokunun və 2 dəfə Superkubokunun qalibi adını qazanmış Semih 2007/08 mövsümündə 17 qolla çempionatın bombardiri olub./axar/


Müəllif: