Avro-2016 çempionatında Çexiya və Xorvatiya arasında keçirilən oyunda xoşagəlməz hadisə baş verib.
Teleqraf.com-un xəbərinə görə, hesabda irəli olmasına baxmayaraq, Xorvatiya yığmasının azarkeşləri meydana yad əşyalar atıblar. Hadisə zamanı stadionun mühafizə xidmətinin əməkdaşı yaralanıb.
Daha sonra azarkeşlər arasında kütləvi dava baş verib. Fransa polisi olaya müdaxilə edib. Saxlanılanlarla bağlı məlumat verilmir.
Samir