18 İyun 2016 16:18
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Avropa Qran Prisi çərçivəsində "Formula 1" pilotlarının sərbəst yürüşünün üçüncü sessiyası başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, "Mercedes" komandasının britaniyalı pilotu Luis Hamilton üçüncü sessiyanın yekunu üzrə ən yaxşı nəticəni göstərib. Onun nəticəsi 1:44.352-dir.

L.Hamiltonun komanda yoldaşı Niko Rosberq ikinci (1:44.610), "Force India"nın pilotu Niko Hyulkenberq isə üçüncü (1:45.540) olub.


İtalyan pilot Bakıda GP2 seriyalı yarışın qalibi oldu
Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.


Müəllif:

Oxşar xəbərlər