İspaniya milli komandasının qapıçısı David de Xea Avropa çempionatlarında seçmə mərhələ də daxil olmaqla 50 illik rekordu təzələyib.
Teleqraf.com azərtac-a istinadən verir ki, 26 yaşlı qolkiper yığmada ardıcıl beşinci matçda qapısını toxunulmaz saxlayıb. De Xea İspaniyanın yığmasının Türkiyə millisinə 3:0 hesabı ilə qalib gəldiyi oyunadək Lüksemburq, Makedoniya, Ukrayna və Çexiya millilərinə də fərqlənmək imkanı verməyib.
Bundan əvvəlki rekord İngiltərə yığmasının sabiq qapıçısı Qordon Benksə məxsusdur. O, 1966-cı ildə millinin heyətində dörd rəsmi matçda qapısını toxunulmaz saxlayıb.