Amerika kubokunda Venesuela ilə oyun Argentina millisinin kapitanı Lionel Messi üçün əlamətdar olub.
“Barselona”nın ulduz futbolçusu matçın 60-cı dəqiqəsində fərqlənməklə millidə vurduğu qolların sayını 54-ə çatdırıb.
Bununla da Messi milli komandada ən çox qol vuran Qabriel Batistutanın rekordunu təkrarlayıb.