"Neftçi" mövsümün sonunda klubla müqaviləsi bitmiş bəzi futbolçularla qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı klubun saytı yayıb. Klubu tərk edənlər - Aqil Məmmədov, Erik Ramos, Antonio Salas Quinta (Anyete), Juan Alberto Melli və Nikolas Kanalesdi. "Neftçi" klubun uğurları üçün çalışmış bu futbolçulara təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Məhəmməd Qurbanov və Mirabdulla Abbasovun isə digər kluba keçidi ilə bağlı prosesin hazırda davam etdiyi vurğulanıb.
Komandaya cəlb olunan oyunçular haqqında isə bu gün rəsmi açıqlama veriləcəyi qeyd edilib.