22 İyun 2016 01:52
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviç Avro-2016-dan sonra milli komandada karyerasını başa vuracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə futbolçunun özü məlumat verib.

Futbolçu bildirib: "Fransada keçirilən Avropa çempionatında İsveç yığmasında son oyunum olacaq. Lakin ümid edirəm ki, bu, sabah baş verməyəcək".

Qeyd edək ki, İsveç Avro-2016-da iki oyundan sonra 1 xal toplayıb. Komanda E qrupunda son matçını sabah Belçika yığmasına qarşı keçirəcək.


Müəllif:

Oxşar xəbərlər