23 İyun 2016 12:15
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo ardıcıl dörd Avropa çempiionatının hamısında qol vurmasını şərh edib.

Qol.az-ın xəbərinə görə, dünən Macarıstanla 3:3 hesabı ilə yekunlaşan oyunda dubl edən hücumçu UEFA-nın saytına bildirib ki, bütün bunlar onu sevindirir:

“Bu, yeni bir rekorddur. Hər şey təbii olaraq baş verib. Deməzdim ki, sevinmirəm. Amma ən əsası komandamızın qrupdan çıxması idi. Qarşıda bizi daha çətin oyun gözləyir”.

Ronaldo “Avro-2016”nın 1/8 finalında Xorvatiyaya qarşı keçirəcəkləri oyun barədə də fikirlərini açıqlayıb: “Şanslar 50/50-dir. Xorvatların yaxşı oyunçuları var. Bu komandaya hörmət edirik. Bu gün heç də hər bir komanda İspaniyaya qalib gələ bilməz, amma Xorvatiya bunu bacarıb. Biz də öz gücümüzə bələdik və sonadək mübarizə aparacağıq”.

Qeyd edək ki, Kriştiano Ronaldo dalbadal dörd Avropa çempionatının final mərhələsinin hamısında qol vuran ilk futbolçu kimi tarixə düşüb.


Müəllif:

Oxşar xəbərlər