25 İyun 2016 01:55
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın Avstriyada yoxlama oyunu keçirəcəyi növbəti rəqibinin adı məlum olub.

Teleqraf.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi Albaniyanın ən titullu komandalarından olan son çempion "Skenderbeu" ilə qarşılaşacaq.

Oyun iyulun 1-də keçiriləcək. Qarşılaşma yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.

Xatırladaq ki, “Qarabağ” ilk yoxlama oyununu sabah yerli “İnsbruck"a, ikinci yoxlama oyununu isə iyunun 28-i dördqat Rusiya çempionu "Zenit"ə qarşı keçirəcək.


Müəllif:

Oxşar xəbərlər