Belçika millisinin müdafiəçisi Tomas Vermalen 1/4 finalda Uelslə görüşdə komandasına kömək edə bilməyəcək.
Buna buna 30 yaşlı futbolçunun sarı vərəqə limitini doldurması səbəb olub.
Vermalen 1/8 finalda Macarıstanla görüşün 67-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb. Bu da onun turnirdə aldığı ikinci sarı vərəqə olduğundan futbolçu 1/4 finalda Uelslə matçı buraxmalı olacaq.
Qeyd edək ki, Belçika - Uels oyunu iyulun 1-də keçiriləcək.
Qol.az