AVRO-2016-da Polşa və Portuqaliya yığmaları arasında keçirilən 1/4 final matçında İstanbuldakı terror aktında həlak olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Teleqraf.com xəbər verir ki, UEFA bununla bağlı qərar qəbul edib.
Xatırladaq ki, iyunun 28-də Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında törədilən terror aktı nəticəsində həyatını itirənlərin sayı 44 nəfərə çatıb. Hadisədə daha 250-yə yaxın insan yaralanıb.