"Liverpul"un futbolçusu Mario Balotelli iddialı açıqlama verib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, italiyalı hücumçu bir gün "Qızıl top" mükafatını qazanacağını deyib:
"Hazırda 10 ballıq qiymətləndirmə ilə özümə 5 bal verərəm. Amma nə vaxtsa, zirvədə olacam. Bir gün "Qızıl top" mükafatını qazanacam".
M.Balotelli son zamanlar çox çalışdığını söyləyib:
"Ən yaxşı ola biləcəyimi bilirəm. Son iki ildə çox çalışıram. Hələlik nəticə yoxdur, ancaq tezliklə uğur qazanacağıma inanıram. Bəlkə də indi keçmişdə etdiklərimin bədəlini ödəyirəm".