"Avro-2016"nın 1/4 finalında İtaliyaya qalib gələn Almaniya millisi ciddi itkilərlə üzləşib.
Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Bundestimin iki futbolçusu - Sami Xedira və Mario Qomes zədələnib.
Hər iki futbolçunun yarımfinalda oynayıb-oynamayacağı məlum deyil. Bu barədə açıqlama verən Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib: "Xedira və Qomesin zədəsi var. Onların yarımfinalda oynayıb-oynamayacağını bilmirəm. Ümid edirəm ki, hər iki futbolçu yarımfinala meydana çıxa biləcək".
Qeyd edək ki, yığmanın müdafiəçisi Mats Hummels isə cəzalı duruma düşdüyü üçün yarımfinalda komandasına kömək edə bilməyəcək.