Türkiyənin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev Avropa Atletika çempionatının yarımfinalına çıxdı.
Teleqraf.com xəbər verir ki, iyulun 6-da Hollandiyanın paytaxtı Amsterdamda keçirilən Avropa çempinatında idmançı 100 metrlik məsafəni 10,21 saniyəyə qət edərək birinci olub.
Qeyd edək ki, Ramil Quliyev 1990-cı il mayın 29-da Bakıda anadan olub.
2007-2011-ci illərdə Azərbaycanın, 2011-ci ildən bu yana isə Türkiyənin şərəfini qoruyur.