Argentina millisinin baş məşqçisi Xerardo Martino istefa verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Argentina millisi bu yaxınlarda Amerika kubokunun finalında Çili millisinə məğlub olub.
Komandanın aparıcı oyunçusu Lionel Messi oyundan sonra bir daha millidə oynamayacağını bəyan edib.
Bundan sonra baş məşqçi Martinonun istefa verəcəyi barədə məlumatlar dolaşırdı.
Xerardo Martino Argentina millisini 2014-cü ildən çalışdırırdı.