7 İyul 2016 10:21
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 7-də “Avro-2016”da ikinci yarımfinal qarşılaşması keçiriləcək. Bakı vaxtilə saat 23:00-da başlayacaq oyunda meydan sahibləri Fransa millisi Almaniya kollektivi ilə üz-üzə gələcək.

İtaliya yığmasını penaltilər seriyasında məğlub etməyi bacaran Bundestimin heyətində müdafiəçi Mats Hummels cəza səbəbindən oyunu buraxacaq, yarımmüdafiəçi Sami Kediranın və hücumçu Mario Qomesin isə zədə ucbatından meydana çıxmayacaqları gözlənilir.

Bu itkilərə baxmayaraq çoxları hazırda dünyada ən güclü heyətlərdən birinə malik olan Almaniyanı bu qarşılaşmanın, ümumiyyətlə isə çempionatın favoriti hesab edirlər.

Keçən turda çempionatın sürprizlərindən olan İslandiyanı böyük hesabla məğlub edən Didye Deşamın komandasında isə zədəli və cəzalı futbolçular yoxdur. Eyni zamanda, fransızların meydan sahibləri olması onlar üçün əlavə stimuldur.

Bu maraqlı qarşılaşma Marselin “Velodrom” stadionunda keçiriləcək. Oyunun baş hakimi Nikola Ritsoli olacaq.


Müəllif: