8 İyul 2016 08:52
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub.

İlk mərhələdə çətinliklə Maltanın “Baltsan” klubunu mübarizədən kənarlaşdıran Vəli Qasımovun komandası II təsnifat mərhələsində Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.

İlk oyunda Polşanın "Krakoviya” klubuna 2:0 hesabı ilə qalib gələn
Albaniya təmsilçisi cavab matçında 2:1 hesablı qələbə ilə mərhələni adlayıb.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 14-də Bakıda, cavab matçı isə bir həftə sonra Makedoniyada keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər