Türkiyənin "Bursaspor" futbol klubunda oynayan Dəniz Yılmaza Azərbaycan milli yığmasına oynamaq təklif edilib.
Yılmaz Azərbaycan millisində oynaması ilə bağlı təklifi sevinclə qarşılayıb.
Futbolçunun meneceri Ərdəm Karagöl bildirib ki: "Dəniz Yılmaz Almaniyada doğulub. O, əvvəllər Almaniya və Türkiyə millilərində oynamadığı üçün Azərbaycanın adından beynəlxalq yarışlarda iştirak etməyin problem olmadığını söyləyib. Ancaq düşünmək üçün bir az vaxt istədi. 3-4 gün ərzində qərarını verəcək. Hazırda "Bursaspor"un təlim-məşq toplanışlarındadır".
/Trend.az/