24 İyun 2014 11:40
919
12 Punto 14 Punto 16 Punto 18 Punto


Portuqaliya millisinin və "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo xeyirxah addımı ilə diqqət çəkib.

Teleqraf.com "Daily Mail"ə istinadən verdiyi məlumata görə, ulduz futbolçu azyaşlının əməliyyatı üçün ona edilən müraciəti müsbət qarşılayıb.

Beyin əməliyyatı üçün pula ehtiyacı olan körpənin ailəsi Ronaldoya müraciət edərək ondan imzalı formalar istəmişdi. İspaniyalı ailə həmin formaları hərraca çıxarmaqla uşağın əməliyyatına pul toplamağı düşünürdü.

Lakin Ronaldo imzalı formaları verməklə yanaşı, körpənin əməliyyatı üçün 50 min funt-sterlinq ayırıb. Artıq həmin körpə tam sağalaraq ayağa qalxıb. 29 yaşlı futbolçu həmin uşağın şərəfinə saçını onun başındakı çapıq formasında kəsdirib.

Qeyd edək ki, Ronaldo "DÇ-2014"də ABŞ-la oyuna (2:2) məhz yeni imici ilə çıxmışdı.


Müəllif: