12 İyul 2016 21:48
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görüşün 10-cu dəqiqəsində "Qarabağ"ın futbolçusu Riçard Almeyda hesabı açdı. Bundan 17 dəqiqə sonra isə həm komandasının, həm də özünün ikinci qolunu vurdu.

***

Bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi start götürüb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” bu mövsüm avrokuboklarda ilk oyununa çıxıb. “Köhlən atlar” Lüksemburqun “Düdelanj” klubu ilə qarşılaşıb.

Son iki mövsümdə ÇL-də ilk mərhələni uğurla adlamağı bacaran “Qarabağ” “Düdelanj”ı keçərək Avroliqanın pley-offunda oynamaq şansı qazanıb.

Ağdam klubu bundan əvvəlki iki mövsümdə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. Amma indi “Köhlən atlar”ın əsas hədəfi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır.

Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi, ilk oyun

12 iyul

21:00 Qarabağ (Azərbaycan) - Düdelanj (Lüksemburq) 2:0
Almeyda, 10-p; 27.
Baş hakim: Orel Qrinfild
Köməkçi hakimlər: Danni Krasikov, İdan Yarkoni
Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)
Hakim-inspektor: Zdravko Yokiç (Serbiya)
UEFA nümayəndəsi: Vladimir Çorno (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


Müəllif: