Sonuncu Avropa çempionatının qalibi Kriştiano Ronaldo nümünəvi atdım atıb.
Teleqraf.com xəbər verir ki, portuqaliyalı ulduz futbolçu çempionatdan əldə etdiyi 275.000 avronu (473 min AZN) xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi üçün bağışlayıb.
Portuqaliya yığması gözlənilmədən Fransada keçirilən Avropa çempionatının qalibi olub. Final görüşündə dramatik an yaşanaraq Ronaldo zədələnərək meydanı tərk edib.
Lakin portuqallar meydanda liderləri olmasa da qalib gəlməyi bacarıblar. Portuqaliya yığmasında 108-ci dəqiqədə ilk qolunu vuran Eder final görüşünün taleyini həll edib.