"Barselona" futbolçusu Serxi Samperlə müqaviləni yeniləyib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 21 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2019-cu ilə qədər uzadılıb. Onun təzminat qiymətinin 50 milyon avro olduğu bildirilib.
"Barselona"nın B komandasında çıxış edən S.Samperin yeni mövsümdən əsas komandada oynayacağı qeyd olunub.