"Ümumi oyundan və nəticədən razıyam. Qarşılaşmanın bizim üçün çətin keçəcəyini əvvəldən bilirdik. Meydançanın vəziyyəti o qədər də yaxşı deyildi, bu da sürətli oyun göstərməyimizə mane olurdu".
Teleqraf.com-un Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubu ilə 1:1 hesabı ilə bərabərə qaldıqları oyundan sonra bildirib.
Onun sözlərinə görə, ilk oyunda qeydə alınan nəticə də öz sözünü deyib:
"İlk hissəyə nisbətən ikinci hissə daha yaxşı oynadıq. Meydanda olan hər bir futbolçunun çıxışından razı qaldım. Azarkeşlərimizə xüsusi təşəkkürümü bildirirəm. Səfərdə oynamağımıza baxmayaraq, 90 dəqiqə bizi dəstəklədilər”.