"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Siti TV"nin yeni layihəsinə qonaq olub.
Qol.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis taksidə klubun azyaşlı azarkeşi Breydon Bentlə görüşüb.
Bent Qvardioladan "Barselona"nın hücumçusu Lionel Messini transfer etməsini xahiş edib və həmçinin ondan "Mançester Siti"də qazanacağı titulları harada saxlayacağını soruşub.
Azyaşlı azarkeşin bu sualına gülən Qvardiola sonda Bentlə xatirə şəkili olaraq selfi çəkdirib.