Avstriyada təlim-məşq toplanışında olan "Beşiktaş" ciddi itki ilə üzləşib.
Qol.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi Tolqay Arslan zədələnərək sıradan çıxıb.
Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu ilə yoxlama görüşündə (1:1) sol əlindən zədələnən 25 yaşlı futbolçu xəstəxanaya aparılıb.
Sol əl biləyində qırıq aşkarlanan futbolçunun bir həftə sonra plastik qoruyucu ilə məşqlərə qatıla biləcəyi bildirilib.