Rusiya millisinin sabiq kapitanı Roman Şirokov karyerasını başa vurub.
Qol.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə 35 yaşlı futbolçunun meneceri Arsen Minasov məlumat verib.
Onun bundan sonra fəaliyyətini hansı sahədə davam etdirəcəyi məlum deyil. Şirokov yeni təkliflər aldığını bildirsə də, bu barədə danışmaq istəməyib.
Qeyd edək ki, karyerasına CSKA-da başlayan Şirokovun son komandası da elə Moskva təmsilçisi olub. Ən parlaq dövrlərini "Zenit"də keçirən futbolçu 2008-2014-cü illərdə Peterburq təmsilçisi ilə iki dəfə Rusiya çempionu olub, ölkə kuboku və superkubokunu qazanıb.