İngiltərənin "Tottenhem" klubu 4 futbolçusu ilə yollarını ayırır.
Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bunlar Federiko Fasio, Nabil Bentaleb, Klinton Njie və Aleks Pritçarddır.
London təmsilçisinin baş məşqçisi Maurisio Poçettinonun yeni mövsüm üçün planlarına daxil olmayan hər dörd futbolçu artıq transferə çıxarılıb və özlərinə yeni klub axtarmaları tövsiyyə olunub.