24 İyun 2014 23:24
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Safet Suşiç sabah Bosniya və Herseqovina millisi ilə son matçına çıxacaq.

Qol.Az-ın xəbərinə görə, Bosniya və Herseqovina Futbol Federiyası yığmanın DÇ-2014-də uğursuz çıxışından sonra 59 yaşlı mütəxəssislə yolları ayırmağa qərar verib. Qurumun Suşiçlə müqaviləni yeniləməyəcəyi bildirilib.

Qeyd edək ki, S.Suşiç 2009-ci ildən Bosniya və Herseqovina millisini çalışdırır.

Əlavə edək ki, Bosniya və Herseqovina millisi DÇ-2014-ün F qrupunda oynadığı hər üç matçda uduzub.


Müəllif: