26 İyul 2016 10:18
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ağdamın “Qarabağ” futbol klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasının qonağı olacaq.

Plzen şəhərindəki “Dusan Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi makedoniyalı Aleksandar Stavrev olacaq. Ona həmyerliləri Maryan Kirovski və Deyan Kostadinov kömək edəcəklər. Dördüncü hakimi funksiyasını Dimitar Mekarovski yerinə yetirəcək.

Hakimlərin işinə uelsli Raymond Ellingem qiymət verəcək. Görüşün UEFA nümayəndəsi rumıniyalı İonel Piskanu olacaq.

Qeyd edək ki, “Viktoriya”-“Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.


Müəllif:

Oxşar xəbərlər