29 İyul 2016 23:35
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Beşiktaş" "Barselona"nın müdafiəçisi Adrianonu transfer edib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi braziliyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Türkiyə klubu bu transfer üçün "Barselona"ya 600 min avro ödəyəcək. Ancaq Adriano Çempionlar Liqasının qrup mərhələsində oynayacağı təqdirdə "Barselona" daha 1,7 milyon avro qazanacaq.

Qeyd edək ki, 2010-cu ildən "Barselona"da çıxış edən Adriano keçirdiyi 115 oyunda 9 qol vurub.


Müəllif: